Əsas məzmuna keç

Gəncədə 15 yaşlı yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Dünən saat 23:00 radələrində 2011-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə tezadlar.az-ın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, döş nahiyəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…