Əsas məzmuna keç

ABŞ-da 5 bal gücündə zəlzələ: Los-Ancelesdəki neft emalı zavodunun yaxınlığında tüstü panikası

Kaliforniya sahillərində 5 bal gücündə zəlzələ baş verib. Manhetten çimərliyində qeydə alınan zəlzələdən sonra afterşoklar baş verib və El Segundo ərazisindəki Chevron neft emalı zavodunun yaxınlığında tüstü qalxdığı müşahidə edilib.

Tezadlar.az xəbər verir ki, Los-Anceles meri Karen Bass ciddi ziyanın qeydə alınmadığını bildirib.

Kaliforniya sahillərində 5 bal gücündə zəlzələ bölgədə panikaya səbəb olub. ABŞ Geoloji Xidməti (USGS) episentrin Manhetten çimərliyindən təxminən 6 kilometr qərbdə olduğunu açıqlayıb.

12,2 kilometr dərinlikdə baş verən zəlzələdən sonra ərazidə afterşoklar qeydə alınıb. Sunami xəbərdarlığı verilməyib.

NEFT EMALI ZAVODUNUN YAXINLIĞINDA TÜSTÜ QALXIR

Zəlzələdən sonra yerli media El Segundo ərazisindəki Chevron neft emalı zavodunun yaxınlığında tüstü qalxdığını bildirib.

Sözügedən görüntülər diqqəti cəlb etsə də, neft emalı zavodundakı hadisələrlə bağlı hələlik rəsmi açıqlama verilməyib. Hakimiyyət orqanları da tüstünün zəlzələ ilə əlaqəli olub-olmadığını təsdiqləməyib.

LOS ANCELES MERİNİN BƏYANATI

Los Anceles meri Karen Bass sosial media hesabında ərazidə heç bir ciddi ziyanın baş vermədiyini bildirib.

Bass qeyd edib ki, Los Anceles Yanğından Mühafizə İdarəsi (LAFD) zəlzələnin regiondakı potensial təsirlərini qiymətləndirmək üçün zəlzələyə cavab tədbirləri prosedurlarını aktivləşdirib.

ELBAR 

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…