22 Noyabr 2022 / 07:38

İRAN FORDO NÜVƏ OBYEKTİNDƏ URANIN 60%-Ə QƏDƏR ZƏNGİNLƏŞDİRİLMƏSİNƏ BAŞLAYIR

İran ölkənin Fordodakı nüvə obyektində uranı 60%-ə qədər zənginləşdirməyə başlayıb.

Bu barədə çərşənbə axşamı ISNA dövlət agentliyi İranın Atom Enerjisi Təşkilatına istinadən məlumat yayıb.

ISNA-nın məlumatına görə, müvafiq qərar layihəsi ABŞ və Avrotroyka (Böyük Britaniya, Fransa və Almaniya) tərəfindən hazırlanmış İranın nüvə proqramı ilə bağlı MAQATE Rəhbərlər Şurasının qətnaməsinə cavab olaraq qəbul edilib.

Agentlik həmçinin Natanzda uranın zənginləşdirilməsi üçün IR-2m və IR-4 sentrifuqalarından ibarət kaskaddan istifadəni təsdiqləyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!