14 Yanvar 2023 / 17:22

UKRAYNA MEDİASI KİYEVDƏ PARTLAYIŞLAR BARƏDƏ MƏLUMAT YAYIB

Ukraynanın paytaxtı Kiyevdə partlayışlar baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın “Beşinci” telekanalı məlumat yayıb.

“Kiyev, partlayış səsləri eşidilir”, – Ukrayna kanalının Telegram kanalında deyilir.

Məlumata görə, bu gün bütün Ukrayna ərazisində hava həyəcanı elan edilib.

Səhər saatlarından Ukrayna portallarında və sosial şəbəkələrdə Kiyev və regionda, həmçinin Nikolayev vilayətinin Oçakov şəhərində partlayışların baş verdiyi barədə xəbərlər yayılıb.

Hazırda Ukrayna mətbuatı Odessa, Vinnitsa, Nikolayev, İvano-Frankivsk vilayətlərində, həmçinin Xarkov və Dneprdə partlayışlar barədə xəbərlər yayır.

“Ukroenergo” artıq partlayışlar nəticəsində infrastruktur obyektlərinin zədələndiyini bildirib. Odessa və Kiyevdə yerli hakimiyyət orqanları fövqəladə işıqların kəsilməsindən istifadə edir, Xarkovda isə bir çox yaşayış məntəqələrində elektrik enerjisi kəsilib. Metro dayanıb.

K.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!