19 Yanvar 2023 / 05:22

ERMƏNİ KAZARMASI ALIŞIB YANDI – 15 HƏRBÇİ ÖLDÜ, 3-Ü AĞIR VƏZİYYƏTDƏDİ…

Ötən gecə Ermənistanın Qeqarkunikin Azat kəndindəki hərbi hissələrindən birinin kazarmasında yanğın baş verib və nəticədə 15 hərbçi ölüb, 3-nün vəziyyəti ağırdır.

Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 “İlkin məlumatlara görə, hərbi hissələrdən birinin mühəndis-istehkam rotasının kazarmasında baş verən yanğın nəticəsində 15 hərbçi həlak olub, 3 hərbçinin vəziyyəti ağır qiymətləndirilir”, – bildirilib.

Ölən və yaralananlar haqqında hələlik ilkin məlumatlar var.

Ölkənin Müdafiə Nazirliyinin yaxın vaxtlarda əlavə məlumat verəcəyi bildirilir.

Y.MƏMMƏDLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!