26 Yanvar 2023 / 11:29

ZELENSKİ RUS QOŞUNLARININ ŞƏRQDƏ İRƏLİLƏDİYİNİ ETİRAF EDİB

Britaniyanın Sky News telekanalına müsahibə verən Ukrayna prezidenti Vladimir Zelenski şərq istiqamətlərində uğurla irəliləyən Rusiya ordusunun uğurlarını etiraf etməli olub.

“Şərqdə onlar irəliləyirlər”, – Zelenski deyib.

REN TV bildirir ki, indi rus qoşunlarının düşmən mövqelərində olduğu Uqledarın kənarında şiddətli döyüşlər gedir.

Həmçinin, RF Silahlı Qüvvələrinin döyüşçüləri LPR-də Kremennaya yaxınlığında əks hücuma keçiblər. Orada artilleriya əvvəlcə USQ hücumlarını dəf etmək, sonra isə piyadaların yolunu açmaq üçün səylə çalışır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!