Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 Fevral 2023 / 11:05

UKRAYNANIN BEŞ BÖLGƏSİNDƏ HAVA HƏYƏCANI ELAN EDİLİB

Ukraynanın şərqində və mərkəzində beş regionda fevralın 2-də günorta saatlarında hava hücumu xəbərdarlığı elan edilib.

Bu barədə vətəndaşları xəbərdar etmək üçün rəsmi resurs məlumat yayıb.

Belə ki, Dnepropetrovsk, Kirovoqrad, Poltava, Sumı və Xarkov vilayətlərində, həmçinin Kiyev rejiminin nəzarətində olan DXR və Zaporojye vilayətinin rayonlarında hava reydləri sirenaları səslənib.

Yanvarın 31-də Ukraynanın hər yerində hava xəbərdarlığının elan edildiyi bildirilib. Yanvarın 30-da Strana.ua Ukraynanın dörd şərq bölgəsində də hava həyəcanı elan edildiyini yazıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!