Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Fevral 2023 / 17:18

50 MİLYON RÜŞVƏT ALARKƏN YAXALANAN JURNALİSTƏ 9 İL İŞ VERİLDİ

Xəbər verdiyimiz kimi, ötən ilin yayında bloger və jurnalist Mahambet Abjan Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rüşvət alarkən saxlanılıb.

Artıq Astananın Sarıarka rayonunun 2 saylı məhkəməsi Abjanın işi üzrə hökmü elan edib.

Hökmə əsasən, jurnalistə 9 il həbs cəzası verilib.

Hökm qanuni qüvvəyə minməyib.

Xatırladaq ki, 2022-ci il iyulun 3-də “Astana Tower” biznes mərkəzinin binası qarşısında jurnalist Mahambet Abjan 50 milyon tenge (təqribən 185 176.67 AZN) alarkən saxlanılıb.

“Korrupsiyaya Qarşı Mübarizə Xidməti tərəfindən sahibkardan kütləvi informasiya vasitələrində gözdən salmaq hədəsi ilə xüsusilə külli miqdarda pul tələb edən vətəndaş Mahambet Abjanın cinayətkar fəaliyyəti dayandırılıb. İyulun 3-də keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində vətəndaş Mahambet Abjan 50 milyon tenge aldıqdan sonra cinayət başında yaxalanıb və müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib”, – deyə KQMX-i  məlumat vermişdi.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!