2 Mart 2023 / 12:48

HACI ŞAHİNİN ÖLÜMÜ PROKURORLUQDA ARAŞDIRILACAQ, ÇÜNKİ…

1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə “Təzadlar”a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. 

Qeyd edək ki, Hacı Şahin Həsənli martın 2-də səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib.

***

Bəzi sosial şəbəkə istifadəçiləri onun ölümündə şübhəli məqamların olduğunu yazırlar… Hacı Şahinin dəfni də bu səbəbdən bu gün təntənəli-böyük yürüşlə müşahidə edilib. Belə ki, Hacı Şahinin dindaşlarının Mətbuat prospektindən keçərək Yazamal məzarlığına, oradan “Qurd qapısı” qəbiristanlığınadək uzanan kalonu diqqəti çəkib. Həmin marşrut üzrə nəqliyyatın hərəkətində tıxaclar yaranıb…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!