8 Mart 2023 / 15:24

TBİLİSİDƏ “RUSİYA QANUNLARINA YOX!” ŞÜARLI İRİMİQYASLI MİTİNQ

“Rusiya qanunlarına yox!” şüarları ilə “Qadınlar marşı”nın iştirakçıları, tələbələr, vətəndaşlar, eləcə də müxalifət nümayəndələri parlament qarşısına toplaşıb…

Tezadıar.az Gürcüstan Kİv-lərinə istinadla bildirir ki, aksiya iştirakçıları “xarici təsirin şəffaflığı haqqında” qanunun müzakirəyə çıxarılmasına və ötən gün birinci oxunuşda qəbul edilməsinə etiraz edirlər. Vətəndaşlar “Avropa seçimini bizdən ala bilməzsiniz, Avropa bizim konstitusiya seçimimizdir” – deyə əllərində plakatlar tutublar. Qeyd edək ki, mitinqə qoşulan kütlənin çox olması səbəbindən Tbilisinin mərkəzi Rustaveli prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb.

Mitinq xüsusi təyinatlılar tərəfindən nəzarətə götürülüb. Su şırnaqları və gözyaşardıcı qazdan istifadə edilməklə mitinqi dağıtmağa çağırırlar. 100-ə yaxın mitinqçi xəsarət alıb, 50-dək saxlananlar var…

Mitinq hazırda davam edir…

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!