Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Qeyd edilir ki, dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma ölkəmizdə bazar prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşan unun qiymətlərinə təsirsiz ötüşməyib. Daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi çörəyin qiymətinə də birbaşa təsir edib.
Qeyd etmək lazımdır ki, cari ilin fevral ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307.4 ABŞ dolları təşkil edib ki, bu da, 2022-ci ilin avqust ayı (354.4 ABŞ dolları) ilə müqayisədə 13% aşağıdır.

Onu da diqqətə çatdıraq ki, 2023-cü ilin yanvar ayında Azərbaycana 43 milyon 423 min dollar dəyərində 142 656 ton buğda idxal edilib. yanvar ayında Azərbaycana 32 milyon 475 min dollar dəyərində 93 705 ton buğda idxal edilmişdi. Belə ki, illik müqayisədə buğdanın idxalı dəyər ifadəsində 37%, miqdar ifadəsində isə 1.5 dəfə artıb.
Azərbaycana 1 ton buğdanın orta idxal qiyməti 346 dollardan 304 dollara düşüb (42 dollar azalıb).
Y.MƏMMƏDLİ