27 Mart 2023 / 15:55

BAŞ PROKURORLUQ “KRIMSOS”UN FƏALİYYƏTİNİ ARZUOLUNMAZ HESAB ETDİ

Rusiya Baş Prokurorluğu Ukraynanın “KrımSOS” (CrimeaSOS) təşkilatının fəaliyyətini ölkədə arzuolunmaz hal kimi tanıyıb.

Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə nəzarət orqanının mətbuat xidmətindən məlumat verilib.

“Daxil olan materialların tədqiqinin nəticələrinə əsasən müəyyən edilib ki, “KrımSOS” (CrimeaSOS) xarici qeyri-hökumət təşkilatının (Ukrayna) fəaliyyəti Rusiya Federasiyasının konstitusiya quruluşuna və təhlükəsizliyinə təhdid yaradır”, –  Baş Prokurorluq qeyd edib.

Nəzarət agentliyi vurğulayıb ki, təşkilatın fəaliyyətinin elan edilmiş məqsədləri – Krımın “işğaldan azad edilməsi və reinteqrasiyası”, onun Ukraynaya qaytarılmasını təmin etmək – Rusiya Federasiyasının ərazi bütövlüyünü pozmağa yönəlib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!