Əsas məzmuna keç

İşdən çıxarılan OpenAI tədqiqatçıları süni intellektdə təhlükəsizlik nəzarətinin təmin edilməsi çağırışı edib

ABŞ-da yerləşən OpenAI süni intellekti şirkətindən işdən çıxarılan üç tədqiqatçı getdikcə muxtar süni intellekti sistemlərində təhlükəsizlik nəzarətinin davam etdirilməsinə çağırıb.

Tezadlar.az xəbər verir ki, “Wall Street Journal” (WSJ) qəzetinin məlumatına görə, işdən çıxarılmazdan əvvəl süni intellekti təhlükəsizliyi sahəsində çalışan üç tədqiqatçı OpenAI-ın direktorlar şurasına süni intellekti nəzarətinin əhəmiyyəti barədə məktub göndəriblər.

Qəzetin əldə etdiyi məktuba görə, tədqiqatçılar süni intellekti şirkətlərinin bu texnologiyanın əsaslandırma proseslərini müşahidə etmək qabiliyyətini itirə biləcəyindən narahatlıqlarını ifadə ediblər.

Tədqiqatçılar getdikcə muxtar süni intellektin gətirə biləcəyi riskləri aradan qaldırmaq üçün təhlükəsizlik nəzarətinin müstəqil təşkilatlar tərəfindən həyata keçirilməsini tələb ediblər.

Süni intellekti sektorunda nəzarət olunmayan modellərin necə təhlükəsiz şəkildə inkişaf etdiriləcəyi və yerləşdiriləcəyi hələ məlum olmadığını bildirən tədqiqatçılar OpenAI və digər aparıcı şirkətləri bu texnologiyanı nəzarəti çətinləşdirən şəkildə inkişaf etdirməmək barədə xəbərdar ediblər.

OpenAI sözçüsü qəzetə məktubdakı tövsiyələrlə tam razı olduqlarını bildirib və süni intellekti modellərinin auditinin şirkət üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Sözügedən tədqiqatçıların süni intellekt təhlükəsizlik şirkəti ilə məxfi məlumatları paylaşdıqlarına görə işdən çıxarıldığı iddia edilir.

ELBAR  

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…