Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya lideri Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri ilə bağlı yayılan məlumatları təkzib edib.
“Xeyr”, – Kreml sözçüsü belə bir səfərin hazırlanıb-hazırlanmaması ilə bağlı suala cavab verib.
Qeyd edək ki, planlaşdırıldığı iddia edilən səfərlə bağlı məlumatlar daha əvvəl Türkiyə mətbuatında yer alıb.
Rusiya Federasiyasının prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla mütəmadi olaraq telefonla əlaqə saxlayır, yalnız bu ilin əvvəlindən liderlər arasında altı söhbət olub ki, onlardan sonuncusu martın 25-i şənbə günü olub. İki ölkə liderləri ötən ilin oktyabrında Astanada şəxsən görüşüblər. Putin sonuncu dəfə 2020-ci ilin əvvəlində “Türk axını” qaz kəmərinin istifadəyə verilməsi mərasimində iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edib.
E.ŞİRİNOV