…Müxtəlif fənlərin tədrisində dini təbliğat aparan müəllimlər təhsil sisteminə daha çox hansı dövrdə yol tapdı?
Biz indi hörmətli Misir müəllimin 80 illiyini tənətənəli surətdə qeyd edirik. Bu öz yerində. Allah uzun ömür versin. Amma Misir müəllim nazir olanda 15000-20000 verib (demirən nazirə verirdilər) öyrədilmiş müəllimləri təhsil sisteminə ( o cümlədən uşaq bağçalarına, amma bağça məsələsində yerli İH-lər daha çox günahkar idi) daxil edə bildilər.
Xüsusi metodika var. Sən həndəsdən dərs deyirsən, amma dərsin izahını elə edirsən ki, dini təbliğat alınır. Yaxud ədəbiyyat, fizika və s.)
Dini inacı olan müəllimin (fərqi yoxdur hansı dinin daşıyıcısıdır və ya örtükdən istifdə edir, ya etmir) təbiət fənlərini tədris etməsi bir az qəribədir. Bütün səmavi adlanan dinlər təbiətşünaslq elmi ilə ziddiyyət təşkil edir. Məsələn dinlərə görə yer kainatın mərkəzidir (geosentrizm) və yastıdır. Günəş onun ərtafında dövr edir. Ulduzlar da səmanı bəzəyən kiçik işıqlardı və s.
Fizikanın qanunları ilə dini yanaşmalar tam uyğunsuzdur (Sirat körpüsü məsələsi. Cənnət və cəhnnəmin olduğu yerdə qravitasiya yoxdur, amma adamlar körpüdən aşır və s.). Nə qədər desən misal çəkmək olar. Dini inacı olan müəllim əmindir ki, Musa peyğəmbər hasanı yerə vuran kimi Qırımızı dəniz iki hissəyə ayrılır, Dini inacı olan müəllim 100% yerin yastı olmasına əmindir və əmindir ki, günəş yerin ərtafında dövr edir. Və s. Əgər əmin deyisə onda o inancında səmini deyil. Əmindirsə onda o şagirdlərə inamadığı şeyləri danışıb günaha batır (dinin nöqteyi-nəzəridən). O müəllim Qalileo Qalileyin tonqada yandırlmasına (dediklərinin uydurma olduğunu deyib bağışlanmasını xahiş edib xilas olub) haqq qazandırmalıdır. Nikolay Koperniki, Nyutonu lənətləməlidir.
Bu arada bildiyim qədər dini təbiət (kainat) haqqında dini baxışları alt-üst edən Astronomiya fənninin orta məktəblərdə tədrisinin dayandırlması da (səhv edə bilərəm) hörmətli Misir müəllimin nazir olduğu dövrə düşür…
Sahib MƏMMƏDOV,
QHT sədri







