5 Aprel 2023 / 11:41

RUSİYA QIRICILARI UKRAYNAYA MƏXSUS MİQ-29 TƏYYARƏSİNİ VURUB

Rusiya Aerokosmik Qüvvələrinin (RAQ) qırıcıları Donetsk Xalq Respublikasında (DXR) Ukraynaya məxsus MiQ-29 təyyarəsini vurub.

Tezadlar.az xəbər verir ki, bunu jurnalistlərə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov deyib.

Departament nümayəndəsi hədəfin Donetsk Selidovo qəsəbəsi ərazisində vurulduğunu bildirib.

Konaşenkovun sözlərinə görə, Rusiya hərbçiləri bir sutka ərzində DXR və LXR-də yaşayış məntəqələri, həmçinin Zaporojye, Xarkov, Xerson vilayətlərində Ukraynaya məxsus 22 pilotsuz təyyarəni məhv ediblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!