14 Aprel 2023 / 19:15

PREZİDENT UKRAYNANIN QANUNİ YERİNİN NATO-DA OLDUĞUNU AÇIQLAYIB

Zelenski Ukraynanın NATO-ya qəbulunun gecikdirildiyini, vaxt itirildiyini dilə gətirib…

 Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Ukraynanın qanuni yeri NATO-dadır. O,  bunu Avroatlantik inteqrasiya, Ukrayna və Alyansın potensialının birləşdirilməsinin qaçılmazlığına dair keçirdiyi görüş zamanı bəyan edib.

 “… Ukraynanın qanuni yerinin NATO-da olduğu açıq-aydın görünür. Və biz köhnəlmiş illüziyaları istəmirik ki, onlar indiyə qədər bizim Alyansa daxil olmağımızı geri çəkiblər və indi də Ukraynanın və tərəfdaşlarının vaxtını almağa davam edirlər”, – müraciətində vurğulayıb.

 Zelenski əlavə edib ki, “müvafiq addımlar” hazırlanır.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!