Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Türkiyənin mərci şorbası dünyada ən çox bəyənilən 3-cü sulu yemək oldu.
TEZADLAR.AZ trt-yə istinadən xəbər verir ki, qida və restoran bələdçisi “Taste Atlas” “Dünyanın ən yaxşı şorbaları”nın siyahısını açıqlayıb.
Mərci şorbası dünyada ən çox bəyənilən və qiymətləndirilən 3-cü şorba olub.
“Taste Atlas” sosial media hesabında mərci şorbası ilə bağlı yazılıb: “Türkiyənin məhşur sulu yeməyi olan mərci şorbası “Taste Atlas” izləyicilərinə görə dünyada ən yüksək reytinqi qazanıb. Əsas tərkib hissəsi qırmızı mərci olan bu şorba Türkiyənin hər yerində, xüsusilə yerli restoranlarda səhər yeməyi, nahar və ya şam yeməyi zamanı verilir və yeyilir”.