19 Aprel 2023 / 13:09

DEPUTATLARIMIZ UKRAYNADAKI VƏZİYYƏTLƏ TANIŞ OLUBLAR

Bu gün Ukrayna Parlamentində – Ali Radada bir neçə görüşlərimiz oldu.

Bu barədə millət vəkili Razi Nurullayev xəbər bildirib.

“Ali Radanın iki vitse-spikeri, Ukrayna-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri və digər şəxslərlə görüş keçirdik. Nümayəndə heyətinin rəhbəri Rüfət Quliyev Ali Radanın Birinci vitse-spikerinə hədiyyə təqdim etdi. çox maraqlı görüşlər oldu. Dünən isə Kiyev şəhəri və ətrafında xeyli şəhər və yerləri ziyarət etdik”, -deyə diqqətə çatdırıb.

Xatırladaq ki, 1 ildən artıqdır ki, Ukraynada müharibə gedir.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

 Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!