Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Beləliklə, TƏBİB-in əhaliyə pulsuz tibbi xidmət fəlsəfəsinin mahiyyətində isə ölkə vətəndaşlarına lazımi səviyyətə bütün tibbi xidmətin göstərilməsi dayanır. Bunu “Təzadlar”ın əməkdaşlarının bir neçə dəfədir tibb müəssisələrində apardıqları müşahidələr də təsdiqləyir.
Bunlar çox yaxşı. Bəs əhaliyə pulsuz tibbi xidmət göstərən həkimlərimizin necə, məvacibində dəyişiklik varmı? Müşahidələr göstərir ki, icbari tibbi sığorta xətti ilə tibbi xidmət göstərilənədək xəstə sarıdan, necə deyərlər, gözü qapıda, qulağı səsdə olan həkimlərin indi baş qaşımağa belə vaxtı yoxdur… Xəstələr isə hesab edir ki, artıq həkimlərin maaşı pul -para sarıdan başdan aşır…
“Təzadlar” ın əməkdaşları ötən gün iki tibb müəssisəsində həkimlərlə anonim olaraq söhbət edib. Söhbətimiz anonim olduğundan həm xəstəxanaların, həm də həkimlərin adını çəkməyi lazım bilmirik, peşə etikası da bunu istisna edir. Amma məlum olur ki, həkimlərin maaşı əvvəlki illərdə olduğu kimi dəyişməz olaraq qalmaqdadır. Axı mövcud tətbiqlərə görə, Dövlət pulsuz xidmətin əvəzində sığorta məbləğini TƏBİB-ə və deməli, aidiyyəti tibb müəssisəsinə ödəyir. Bəs niyə həkimlərin maaşı göstərilən tibbi xidmət auditoriyasına görə dəyişmir?
Sualı hələki tərəfimizdən cavabsız qoyuruq. Çünki cavabı TƏBİB-in rəhbər şəxslərindən gözləyirik. Bunun üçün qurumun elektron poçtuna sualımızı göndərmişik…
Əlavə məlumat veriləcək.
A.Məmmədli