24 Aprel 2023 / 17:04

BEYNƏLXALQ ƏDALƏT MƏHKƏMƏSİNDƏN ERMƏNİSTANA RƏDD CAVABI

Cari il aprelin 21-də Azərbaycan tərəfi “İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında” Konvensiya çərçivəsində Ermənistan tərəfindən Azərbaycana qarşı

qaldırılmış əsas iddiaya qarşı ilkin etirazlarını Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi təqdim edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi  məlumat yayıb.  Sitat: “Azərbaycanın qeyd edilən ilkin etirazları ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırıb”, – məlumatda bildirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!