26 May 2023 / 07:12

TÜRK RÜŞVƏT VƏ MÜTƏŞƏKKİL CİNAYƏTKAR DƏSTƏ TƏŞKİL ETDİYİNƏ GÖRƏ SAXLANILIB

Sankt-Peterburqun Moskva vağzalında İnterpol əməkdaşları beynəlxalq axtarışda olan Türkiyə vətəndaşını saxlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Onun Almaniya hüquq-mühafizə orqanlarının təşəbbüsü ilə beynəlxalq axtarışa verildiyi dəqiqləşdirilir.

“O, cinayətkar qrup yaratmaq, çirkli pulların yuyulması, rüşvət almaq və cinayət yolu ilə əldə edilən gəlirləri gizlətməkdə ittiham olunur”, – mənbə bildirib.

Həmin şəxs mayın 25-də həbs edilib. Onun mayın 19-da Rusiya Federasiyası ərazisinə daxil olduğu məlum olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!