Əsas məzmuna keç

Deputat Sevinc Fətəliyeva ilə bağlı araşdırma yazını saytlardan kim və niyə sildirir?

sevinc feteliyeva ()

Əcaib işdir: Deputat Sevinc Fətəliyevanın Gəncə və Tovuz məhkəmələrinin işinə müdaxiləsi barədə araşdırma yazı dərc etmişdik… Həmin məqaləni 15- ə yaxın sayt paylaşıb, sonra da “naməlum” olan məlum səbəbdən siliblər. Siyahı bizdədir. Amma maraqlıdır ki, həmin saytların silinmiş yazılarının linkini vurursan, məqalənin adı qalıb, lakin yerində prezidentin şəkli çıxır. Bu nə deməkdir? Yəqinki Dövlət reyestrində olmayan saytlardır ki, belə eybəcərliyə könül veriblər. Təsəvvür edirsinizmi, linki vuranda “Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA”- başlığı çıxır (https://tezadlar.az/deputat-sevinc-feteliyeva-mehkeme-huquq-sisteminin-isine-nece-mudaxile-edir-arasdirma/), altında da Prezidentin fotosu!

Üstəlik, bu saytlar(siyahını təqdim edəcəyik) bizim məlum araşdırma yazını verirlər, amma istinad yoxdur, oxucunu və ya qarşı tərəfi çaşdırmaq üçün ki, guya özləri yazıb… Müəllif hüquqlarını kobud surətdə pozurlar, özlərinin məqaləsi kimi verirlər, bir neçə saat sonra isə silirlər…

Bu, naşılıq, mediaya hörmətsizlik və rüsvayçılıqdır!

Bəs bu saytların jurnalistlərini peşə fəaliyyətindən imtinaya kim və nə məcbur edib? Deputatın Azərbaycan CM- nin 163- cü maddəsindən xəbəri varmı???

“Maddə-163. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163-cü maddəsinə əsasən -Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə—

-beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—

-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

“Təzadlar”

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…