26 May 2023 / 10:50

DAŞINMAZ ƏMLAKIN QEYDİYYATINDA TÜRKİYƏ TƏCRÜBƏSİ ÖYRƏNİLİR

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin və Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Daşınmaz Əmlakın Qeydiyyatı və Kadastrı Baş Direktorluğunun əməkdaşlarının iştirakı ilə onlayn görüş keçirilib.

Xidmətdən verilən məlumata görə, görüşün keçirilməsində məqsəd daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrının həyata keçirilməsi üzrə mövcud informasiya ehtiyatı və sistemlərinin təkmilləşdirilməsi, bu sahədə rəqəmsal idarəetmənin inkişafı çərçivəsində Türkiyə təcrübəsinin öyrənilməsi və əməkdaşlığın genişləndirilməsidir.

Görüşdə informasiya sistemlərinin funksionallıq, hesabatlılıq, risklərin idarə edilməsi və informasiya təhlükəsizliyi istiqamətləri üzrə müzakirələr aparılıb.

TEZADLAR.AZ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!