Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Sentyabr 2021 / 13:44

KÖLNDƏ AZƏRBAYCAN DİLİNİN TƏDRİSİNƏ BAŞLANILDI

Kölndəki Azərbaycan Evində Azərbaycan dilinin tədrisinə başlanılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən əldə etdiyimiz məlumata görə, xaricdə yaşayan azərbaycanlı uşaqlara doğma dilimizin və tariximizin tədrisi prosesinə Köln şəhərində fəaliyyət göstərən Azərbaycan Evi də qoşulub.

Qeyd edək ki, sentyabrın 11-dən Köln şəhərində, Neusser Ştrasse 723 ünvanında yerləşən Azərbaycan Evində Azərbaycan dili, ədəbiyyatı və tarixi kurslarına start verilib.

Azərbaycan dilinin unudulmaması, ədəbiyyatımızın və tariximizin tədrisi məqsədi ilə təşkil edilən kurslarda Köln şəhərində və ətrafında yaşayan həmvətənlərimizin övladları iştirak edirlər. Kurs iştirakçılarına bu fənləri Bakı Dövlət Universitetinin məzunu Mehman Kərimov tədris edir.

Xatırladaq ki, dərslər hər həftənin şənbə günü saat 13:00-da keçirilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!