Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu ili yanvar-iyun aylarında Rusiyanın Saratov vilayətindən Azərbaycana 140,7 min ton ərzaqlıq buğda ixrac edilib.
TEZADLAR.AZ Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir ki, Azərbaycan regiondan taxıl məhsulları idxal edən üç əsas ölkə arasında 2-ci yerdə qərarlaşıb.
Ümumilikdə hesabat dövründə Saratov vilayətindən 368,4 min ton dənli, paxlalı, yağlı və texniki bitkilər, o cümlədən 56 min ton taxıl emalı məhsulları ixrac edilib.
Ən çox məhsul tədarükləri Qazaxıstan (150,5 min ton – buğda, zəfəran, noxud, un), Azərbaycan (140,7 min ton ərzaqlıq buğda) və İranın (29,3 min ton yemlik qarğıdalı) payına düşüb.
Ümumilikdə Saratov vilayətindən 30 ölkəyə ixrac əməliyyatları həyata keçirilib.
vergiler.az