Azərbaycanda dövlət satınalmalarında maraqların toqquşmasının qarşısının alınması üçün süni intellekt və rəqəmsal həllərdən daha geniş istifadə edilməsi təklif edilib.
Bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib.
Onun sözlərinə görə, 2025-ci ildə dövlət büdcəsindən dövlət satınalmalarına 10,8 milyard manat vəsait yönəldilib. Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 8,4%-ni təşkil edib.
“Ötən il 9 965 elektron tender keçirilsə də, dövlət satınalmalarının dəyər baxımından 54,6%-i, say etibarilə isə 52,4%-i bir mənbədən satınalmaların payına düşüb. Bu, bir mənbədən satınalmaların ümumi tenderlərdə payının 50%-dən çox olduğunu göstərir. Bu da dövlət satınalmalarında elektronlaşma və maraqların toqquşması ilə bağlı meyarların daha yaxından nəzərə alınmasını zəruri edir”, – deyə bildirib.
JASMİN







