Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın uzaqmənzilli silahların tədarükündə həlledici rol oynadığını deyib.
Tezadlar.az dövlət başçısının bəyanatı barədə TASS-a istinadən xəbər verir.
“İlk növbədə, biz ABŞ-la bu barədə – uzunmənzilli sistemlərdən danışırıq. Bu gün yalnız onlardan asılıdır”, – Zelenski bildirib.
Eyni zamanda, Kiyev digər Qərb ölkələri ilə tədarüklər üzrə danışıqlar aparmağa çalışır. Prezidentin sözlərinə görə, Ukraynanın Avropadan tədarük edilən artilleriya sistemləri də var ki, onlar üçün uzaqmənzilli mərmilər lazımdır.
Daha əvvəl Zelenski bildirib ki, bəzi dövlətlər Moskvaya dönüb Rusiyadan qorxduğu üçün Ukrayna NATO-ya dəvət almaya bilər.
E.ŞİRİNOV