31 Avqust 2023 / 08:45

SƏFİRLƏR AĞDAM-XANKƏNDİ YOLUNDAKI HUMANİTAR YÜKƏ BAŞ ÇƏKDİLƏR VƏ…

Nəhayət, Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar.

Bu barədə Cəmiyyətin yaydığı məlumatda qeyd edilir. Səfirlərə və hərbi attaşelərə erməni separatçıların son günlər Laçın Sərhəd-Buraxılış məntəqəsi ətrafında ortaya atdıqları hoqqabazlıqdan danışılıb. Onlara ətraflı məlumat təqdim edilib. Sonda onlar birlikdə xatirə fotoları çəkdirilib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!