5 Sentyabr 2023 / 06:28

ZELENSKİ CƏBHƏNİN ƏN QAYNAR NÖQTƏSİNDƏ

Ukrayna prezidenti Volodimir Zelenski Donetsk və Zaporojya istiqamətində hərbçilərə baş çəkib.

Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, prezidentin səfəri gizli baş tutub. Zelenski Donetskdə görüşdə deyib: “Biz “Donetsk” operativ-taktiki qrupunun tərkibində Ukraynanı müdafiə edən döyüş briqadalarına baş çəkirik. Bu gün burada 8 briqada var. Onların hər biri güclüdür! Nəticələrə görə təşəkkür edirik. Hər gün ölkəmizə xoş xəbər verin, döyüşçülər!” – deyə Prezident Zelenski bildirib. Daha sonra Ukrayna prezidenti Zaporojye istiqamətində ölkəni qoruyan hərbçilərə də baş çəkib: “Zaporojye istiqaməti, Rusiya təcavüzünün dəf edilməsində iştirak edən döyüş briqadalarının komanda postlarına, 148-ci Əlahiddə Artilleriya Briqadasına, 82-ci Əlahiddə Hücum Briqadasına, 71-ci Briqadaya Ukraynanın qələbəsi yolunda atılan hər bir addıma görə təşəkkür edirik!”, – deyə Zelenski bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!