18 Sentyabr 2023 / 15:45

İRANDA AZARKEŞ İZDİHAMI RONALDONUN KOMANDASININ QALDIĞI OTELƏ GİRİB

Kriştiano Ronaldo və onun “Əl-Nəsr” komandasının gəlişi İranda böyük səs-küyə səbəb olub.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası sentyabrın 19-da komandanın Asiya Çempionlar Liqasında yerli “Persepolis”lə matçda oynayacağı Tehrana gəlib. Komandanın avtobusunu azarkeş izdihamı qarşılayıb, bəziləri hətta arxasınca qaçıb.

Komanda otelə daxil olanda yüzlərlə azarkeş ora axışıb. Onlar “Əl-Nəsr”in əsas ulduzu Kriştiano Ronaldonu, eləcə də ulduz komanda yoldaşlarını görmək arzusunda idilər.

Nəticədə, onlarla insan otelin foyesinə girərək öz kumirinin adını tərənnüm etməyə başlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!