Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Son 1 ayda Gürcüstanda yanacağın qiyməti kəskin şəkildə artıb.
TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, neft idxalçıları bunu Rusiyadan yanacağın ixracına müvəqqəti qadağa qoyulması ilə əlaqələndirirlər. Saxstat məlumatlarına görə, 2023-cü ilin yanvar-avqust aylarında Gürcüstana ümumilikdə 916 759 ton (716 219 milyon ABŞ dolları dəyərində) yanacaq daxil olub ki, bunun da demək olar ki, 68%-i Rusiyanın payına düşüb.
Bu ilin 8 ayında yanacaq idxal edilən ilk 5 ölkə isə aşağıdakılardır:
● Rusiya – 622 697 ton (435 049 milyon ABŞ dolları) – Gürcüstan Rusiyadan 1 ton yanacağı orta hesabla 698,6 ABŞ dollarına, litrini isə 0,69 ABŞ dollarına alıb;
● Rumıniya – 116 833 ton (100,328 milyon ABŞ dolları) – orta hesabla 1 ton, 858,7 ABŞ dolları – 1 litr 0,85 ABŞ dolları;
● Azərbaycan – 52 945 ton (52 945 milyon ABŞ dolları) – orta hesabla 1 ton, 829,9 ABŞ dolları, 1 litr 0,82 ABŞ dolları;
● Türkmənistan – 48 893 ton (39 547 milyon ABŞ dolları) – orta hesabla 1 ton, 808,8 ABŞ dolları, 1 litr 0,80 ABŞ dolları;
● Belarus – 16,686 ton (13,063 milyon ABŞ dolları) – orta hesabla 1 ton, 782,9 ABŞ dolları, 1 litr 0,78 ABŞ dolları.