27 Sentyabr 2023 / 14:52

ERMƏNİLƏR BUNDAN SONRA AZERCELL-DƏN İSTİFADƏ EDƏCƏK- “QARABAĞ TELEKOM” “ÖLDÜ”

Qarabağda separatçıların qurduğu “Qarabağ Telekom” telekommunikasiya şirkəti fəaliyyətini dayandırıb, bu barədə erməni və Azərbaycan teleqram kanalları məlumat yayır.

Şirkət indiyədək qanunsuz olaraq Azərbaycan ərazisində mobil rabitə və mobil İnternet xidmətləri göstərirdi. İndi regionda zənglər və internet trafiki yalnız Azərbaycanın rabitə operatorları və provayderləri vasitəsilə həyata keçiriləcək.

“Təzadlar” bu günlərdə adı çəkilən erməni şirkətinin dərhal rabitə xidmətindən məhrum edilməsinin vacibliyindən yazmışdı…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!