Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Millət vəkili Qənirə Paşayeva ilə vida mərasimi keçirilib.
Tezadlar.az-ın 2-ci Fəxri xiyabanda olan əməkdaşının məlumatına görə, Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak ediblər.
Mərhumla vida mərasimi yekunlaşdıqdan sonra onun cənazəsi İkinci Fəxri Xiyabana aparılaraq dəfn edildi.
Xatırladaq ki, 24 sentyabrda səhhətində yaranan problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən deputat 4 gün komada qaldıqdan sonra dünən axşam saatlarında vəfat edib.
Allah rəhmət eləsin!
JASMİN