2 Oktyabr 2023 / 06:34

ARAİK ARUTYUNYANI RUSİYA SÜLHMƏRAMLILARI ARADAN ÇIXARIB?

Ermənistan mətbuatının məlumatına görə, Qarabağdakı separatçı rejimin üç sabiq başçısı Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan oktyabrın 1-də Ermənistana gəliblər.

Qeyri-qanuni rejimin sonuncu rəhbəri Samvel Şahramanyanın isə  ölən və itkin düşənlərin qalıqlarının tapılması üçün axtarış-xilasetmə işləri başa çatana qədər Qarabağda qalacamı bildirilir.

Bəs Qarabağda neçə il at oynadan, özünü “Prezident” elan edən Araik Arutyunyan Laçın sərhəd-keçid məntəqəsindən necə keçib? Ermənistanın sosial şəbəkə istifadəçiləri onun Rusiya Sülhməramlıların avtomobili ilə maskalanaraq aradan çıxarıldığı barədə məlumatlar paylaşılır…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!