Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


ABŞ-nin Dövlət Departamenti Ermənistanın guya Qarabağda “etnik təmizləmə”nin olmasına dair iddialarını təsdiqləməyib.
Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.MOnun sözlərinə görə, ABŞ “etnik təmizləmə və soyqırımı kimi iddialara çox ciddi yanaşır”: “Lakin, həmişə olduğu kimi, soyqırımı və etnik təmizləmə məsələlərində nəticə çıxarmaq sübutlara söykənən dolğun proses tələb edir. Hazırda bununla bağlı hər hansı nəticəyə vara bilməyəcəyəm”.
Miller həmçinin diqqətə çatdırıb ki, Vaşinqton BMT missiyasının regiona səfər etməsini təqdirəlayiq hesab edir. Eyni zamanda, sözçü xarici siyasət idarəsinin Bakı və İrəvanı sülh danışıqlarına qayıtmağa təşviq etdiyini vurğulayıb.