Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Rusiya Azərbaycan və onun tərəfdaşları ilə Qarabağda vəziyyəti sabitləşdirmək üçün lazımi qaydada işləyir”.
Tezadlar.az “Ria-Novosti-yə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Lavrov bildirib ki, Qarabağdakı nizamlanma proseslərində sülhməramlılar fəal şəkildə iştirak edirlər: “Bizim sülhməramlılarımız bu vəziyyətdə əllərindən gələni edirlər. Biz Qarabağdan Rusiyaya getmək istəyən insanların qarşısını ala bilmərik. Biz azərbaycanlı həmkarlarımız və qonşularımızla Qarabağda vəziyyəti sabitləşdirmək üçün çalışırıq”, – deyə Lavrov vurğulayıb.