Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 Sentyabr 2021 / 15:24

AZƏRBAYCAN 3 FİLİZ YATAĞINI TÜRKİYƏ ŞİRKƏTİ İLƏ İŞLƏDƏCƏK

Azərbaycanın “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının geoloji öyrənilməsi və istismarı məqsədilə Türkiyənin bu sahədə aparıcı şirkətləri olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” ilə müqavilələr imzalanıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində yazıb.

“İnanırıq ki, atılan bu mühüm addım işğaldan azad edilmiş ərazilərimizdə hasilat sənayesinin işə salınması, yüksək potensialı olan yataqların tədqiqi və dövriyyəyə cəlb edilməsində əhəmiyyətli rol oynamaqla, regionun iqtisadi reinteqrasiyasını sürətləndirəcək”, – deyə nazir qeyd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!