24 Oktyabr 2023 / 12:24

ÖZƏLLƏŞDİRMƏDƏN BÜDCƏYƏ 100 MİLYONADƏK VƏSAİT DAXİL OLUB

Bu ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 43 hərrac keçirilib.

ƏMDX-dən TEZADLAR.AZ-a bildirilib ki, hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 13 kiçik dövlət müəssisəsi, 3 yarımçıq tikili sahəsi, 382 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu ilin ilk 9 ayı ərzində hərraca çıxarılan dövlət əmlakı üzrə 206 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 44 onlayn qoşulma reallaşıb.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə ümumilikdə 10,4 milyon manata yaxın vəsait qoyuluşu həyata keçirilib, müqavilə öhdəliklərinin icrası başa çatmış müəssisələrdə 221 iş yeri yaradılıb.

Cari ilin yanvar-sentyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 95,5 milyon manat təşkil edib. Özəlləşdirilmədən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çox olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!