Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Noyabr 2023 / 15:02

NETANYAHU İSRAİLİN QƏZZADA ƏMƏLİYYATLARI BƏRPA EDƏCƏYİNİ TƏSDİQLƏYİB

İsrail indiki humanitar fasilə başa çatan kimi Qəzza zolağında hərbi əməliyyatları bərpa edəcək.

Tezadlar.az xəbər verir ki, bu niyyəti Yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu da təsdiqləyib.

“Son bir həftə ərzində biz böyük uğur əldə etdik – onlarla oğurlananımızın geri qayıtması. Bir həftə əvvəl bu, ağlasığmaz görünə bilərdi, amma biz buna nail olduq. Lakin son günlər mən bu sualı eşidirəm: İsrail girovlarımızın qaytarılmasının bu mərhələsinin sonunda döyüşə qayıdacaqmı? Və bunun cavabı mütləq bəlidir”, – sözlərini ofisi tərəfindən yayılan Netanyahu bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!