Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Oktyabr 2021 / 14:42

SAAKAŞVİLİNİN SAXLANDIĞI İZOLYATORUN QARŞISINDA GƏRGİN VƏZİYYƏT

Məlum olduğu kimi, sabiq prezident Mixeil Saakaşvili Rustavidəki təcridxanada saxlanılır. Bu gün həmin təcridxananın qarşısında gərginlik yaşanıb. Gürcüstan KİV-ləri yazır ki, toplaşanların sıxlığı sayəsində gərginlik yaranıb və bir neçə nəfər saxlanılıb. Polis və “VMH” fəalları arasında baş vermiş sözlü gərginlik daha sonra bir neçə fəalın saxlanılması ilə sona çatıb. Mövcud məlumata görə, saxlanılanlar arasında “VMH” üzvü Aleko Kuprava, Laşa Çuçkiridze vı Cimi Delibaşvili də var. Onlar ərazidəki divarlara “Mişaya azadlıq” yazmağa cəhd göstərsələr də polis fəallara icazə verməyib.

Qeyd edək ki, Saakaşvili hələ də aclıq aksiyasını davam etdirir və səhəttində ciddi narahatlıq yaranıb…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!