21 Dekabr 2023 / 12:32

“QARABAĞ” MOİK-Ə QALİB GƏLDİ- 1:0

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Tezadlar.az CBC-Sport-a istinadla bildirir ki, bu gün Xankəndidə “Qarabağ” MOİK-lə üz-üzə gəlib. Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+3-cü dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb. “Qarabağ” bununla da 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

Komandaya uğurlar! 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!