Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Oktyabr 2021 / 09:15

“MÜSTƏQİLLİK GÜNÜ HAQQINDA” QANUN LAYİHƏSİ TƏSDİQLƏNİB

Azərbaycan Respublikasının Milli Məclisi “Müstəqillik Günü haqqında” qanun layihəsini əsas sənəd kimi qəbul edərək ikinci oxunuşda təsdiqləyib.

Tezadlar.az xəbər verir ki, qanun layihəsi parlamentin oktyabrın 12-də keçirilən icrasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan edilməsi nəzərdə tutulur. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram günü sayılacaq. (AzərTac)

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!