Sosial mediada oxuyuruq ki, guya spiker Sahibə xanım Qafarova deputat Səyyad Arana deyib ki, az danış, bura danışmaqxana yeri deyil və s.
Tezadlar.az xatırladır ki, dahi Üzeyir bəy təxminən yüz il əvvəl yazırdı: “Parlament sözü fransızca “parla” sözündən götürülüb, “danışmaq” deməkdir. Bəzi ölkələrdə ona “Duma” deyirlər, bu da “dumat”-“fikirləşmək” sözündəndir.
Bizdə“Məclis” deyirlər. Məclis də iki cürdür: toy məclisi, yas məclisi. Yas məclisində molla danışır, biz “Amin” deyirik; toy məclisində isə tamada danışır, biz əl çalırıq…”
Sitatın sonu!







