13 Mart 2024 / 04:37

PUTİN MARTIN SON GÜNÜNDƏ ƏRDOĞANLA GÖRÜŞƏCƏK- TÜRKİYƏDƏ

Vladimir Putinin Rusiyada prezident seçkilərindən sonra Türkiyəyə səfəri gözlənilir…

Tezadlar.az  “Anadolu”ya istinadla bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində xarici səfirlər qarşısında çıxışında deyib. Sitat:  “Biz Qara dənizdə hər iki qonşumuzla (Rusiya və Ukrayna nəzərdə tutulur – red.) dialoqumuzu davam etdiririk. Seçkilərdən sonra Rusiya prezidenti Vladimir Putini qəbul edəcəyik”, – Ərdoğan bildirib.

Qeyd edək ki, fevralın sonunda Putin Ərdoğanla telefon danışığı aparıb və bu zaman o, Türkiyəyə səfərini çox gecikdirməyəcəyini açıqlayıb. Səfər zamanı İstanbul prosesi üzrə danışıqların davam etdiriləcəyi, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaların əldə olunacağı proqnozlaşdırılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!