Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ötən gecə Rusiya Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirib.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Qeyd olunub ki, ölkənin əksər bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Partlayışlarla əlaqədər bəzi şəhərlərdə elektrik enerjisi dayanıb. Təkcə Zaporojye vilayətində 7 ev dağılıb, 35 evə ziyan dəyib. Həmçinin yaralılar var. Bundan başqa, ölkənin Nijni- Novqorod, Lvov, Sumı Xmelnitski və digər vilayətlərinə də raket hücumu olub. Bildirilir ki, Xarkovda 15-ə yaxın partlayış səsi eşidilib. Məlumata görə, raket hücumları həmçinin Zaporojye Atom Elektrik Stansiyasının fəaliyyətinə də təsir edib. Belə ki, elektrik xətti zədələnib.