Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İranın ali dini lideri Əli Xamneyi İsrailə ivrit dilində müraciət edərək, Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinə hücuma görə cavab veriləcəyini bildirib.
Tezadlar.az xəbər verir ki, onun müraciəti X sosial şəbəkə səhifəsində dərc olunub.
“Allahın köməyi ilə biz sionistləri İranın Dəməşqdəki konsulluğuna qarşı təcavüz cinayətindən tövbə etməyə məcbur edəcəyik”, – o deyib.
Bundan əvvəl “İsrailinfo” qəzeti İranın yaxın 48 saat ərzində İsrailə hücum etməyi planlaşdırdığını bildirmişdi. Məlumata görə, hücum İsrail hərbçilərinin İranın Suriyadakı konsulluğuna endirdiyi hava hücumuna cavab olaraq həyata keçiriləcək. ABŞ-ın hazırkı və keçmiş rəsmiləri hazırkı vəziyyətin gərginliyin yeni mərhələsinə çevrilə biləcəyindən ehtiyat edirlər.
Qeyd edək ki, aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki səfirliyinin yanındakı binaya zərbələr endirib. İranın “Tasnim” nəşrindəki mənbənin məlumatına görə, hücum nəticəsində 6 nəfər həlak olub.
E.ŞİRİNOV