5 Aprel 2024 / 06:40

PREZİDENTİN LİTVA SƏFƏRİNƏ QADAĞA QOYULDU- İNANILMAZ QƏRAR

Gürcüstanda yenidən siyasi gərginliyin ocağı qoyulub…

Belə ki, Hökumət prezident Salome Zurabişvilinin Litvaya səfərinə icazə verməkdən imtina edib. Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bununla bağlı Baş nazir İrakli Kobaxidzenin müvafiq fərmanı hökumətin saytında dərc edilib. Məlumata əsasən, Prezident Litva Respublikasının Vilnüs şəhərinə işgüzar səfəri ilə bağlı martın 27-də hökumətə müraciət edib.

S. Zurabişvili aprelin 10-12-də Litvaya işgüzar səfər etməyi planlaşdırır. Amma hökumətin bu imtina qərarı vəziyyəti tündləşdirdi… Və bu yenidən siyasi gərginliyə gətirib çıxaracaq…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!