17 Aprel 2024 / 11:14

RƏSMİ MOSKVA SÜLHMƏRAMLILARIN QARABAĞDAN ÇIXARILMAQDA OLDUĞUNU TƏSDİQLƏDİ

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ regionundan çıxarılmasına başlanıldığını təsdiq edib.

Tezadlar.az Ria-Novosti-yə istinadla bildirir ki, o, bunu Rusiya KİV-lərinin sualını cavablandırarkən deyib. “Bəli, bu, belədir”, – deyə Peskov deyib.

Xatırladaq ki, Rusiya sülhməramlıları Azərbaycan, Ermənistan və Rusiya liderləri – İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat əsasında Qarabağda yerləşdiriliblər. Sənədə əsasən, onlar 2025-ci ilə qədər bölgədə qala bilərlər. Kontingentə atıcı silahlarla təchiz edilmiş 1960 hərbi qulluqçu, 90 zirehli nəqliyyat vasitəsi, 380 ədəd avtomobil və xüsusi texnika daxil idi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!