Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna və Ermənistanın xarici işlər nazirləri Dmitri Kuleba ilə Ararat Mirzoyan telefon danışığı zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə ukraynalı nazir “X” sosial şəbəkəsində paylaşım edib. Onlar, həmçinin Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesi ətrafında fikir mübadiləsi aparıblar. Ermənistan KİV-inin məlumatına görə, Mirzoyan Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq üçün səyləri vurğulayaraq, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının vacibliyini qeyd edib. Ermənistan və Ukraynanın xarici işlər nazirləri regional məsələlərə də toxunublar.